​Yığmanın futbolçusu GÜLLƏLƏNDİ - FOTO

​Yığmanın futbolçusu
11:03 06.09.2023
132 İdman
A- A+

Daha bir futbolçu güllələnərək öldürülüb.

 

Panama millisinin müdafiəçisi Gilberto Ernandes 26 yaşında vəfat edib.

 

Futbolçu Kolon şəhərində güllələnib. O, dostları ilə kəndin mərkəzində olduğu zaman taksi ilə gələn şəxslər onu güllələyiblər. Hadisə zamanı 7 nəfər də yaralanıb. Şübhəli şəxslərdən saxlanılanlar var.

Qeyd edək ki, 2017-ci ildə başqa bir panamalı futbolçu, yarımmüdafiəçi Amilkar Enrikes də analoji şəkildə ölüb.(Apasport.az)