​Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfərə gedib

​Azərbaycan Ordusunun Baş Qərargah rəisi
12:18 11.09.2023
83 Hərbi
A- A+

Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə rəsmi səfərə gedib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" hesabında paylaşım edilib.

K.Vəliyevi paytaxt Ankaranın Esenboğa hava limanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.