​"Lavrov ölkəmizi məhv etmək istəyir" - Erməni DEPUTAT

​
12:28 11.09.2023
100 Dünya
A- A+

 “Lavrov daim ölkəmizi məhv etmək istəyir. Rusiyanın müttəfiqi Azərbaycandır".

 

Bunu Ermənistanlı deputat Qaqik Melkonyan Milli Assambleyada jurnalistlərə müsahibəsi zamanı deyib.

 

“Biz müraciət etdik, nə KTMT, nə də Rusiya cavab verdi. Onlara üz tutmağın mənası yoxdur. Bəli, heç bir mənası yoxdur. Lavrov nə deyir? Lavrov hər şeyi deyir. Həmişə nəsə deyir, amma dediklərini əsas götürmək olmaz”, - Melkonyan deyib./News24.az