​"WhatsApp" istifadəçiləri üçün daha bir yenilik gəlir - FOTO

​
15:30 11.09.2023
A- A+

"WhatsApp" messenceri 2.23.14.17 beta versiyasında söhbət filtrləmə funksiyasını test edib.

Sulh.info.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu versiyaya "Oxunmamış mesajlar", "Şəxsi" və "Biznes" filtrləmə seçimləri daxildir. 2.23.19.7 beta versiyasında filtrləmə seçimləri dəyişdirilib.

Yeni ekran görüntüsünə baxdıqda "Şəxsi" və "İş" filtrləmə seçimləri silinib. Əvəzinə "İnsanlar" və "Qruplar" seçimləri əlavə edilib.

"Oxunmamış" seçimində heç bir dəyişiklik edilməyib. Yeni funksiya sayəsində istifadəçilər söhbətləri daha tez tapa biləcəklər.

Bu yenilik xüsusilə daha çox insan və qrupla ünsiyyət quran istifadəçilər üçün işləri asanlaşdıracaq.

Beləliklə, söhbətlərə daxil olmaq üçün uzun müddət axtarış etməyə məcbur qalmayacaqlar.

Sözügedən yeniləmə hazırda yalnız beta proqramına daxil olan istifadəçilərə təqdim edilsə də, müsbət rəylərə uyğun olaraq son düzəlişlər edilərək qısa müddətdə hər kəs üçün əlçatan olacaq.