​Serj Sarkisyanı “Baden-Baden gecələri”nə görə tutmayacaqlar

​Serj Sarkisyanı “Baden-Baden gecələri”nə görə tutmayacaqlar
16:02 14.09.2023
109 Dünya
A- A+

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrdə Almaniyanın Baden-Baden şəhərinə səfəri və dövlət vəsaiti israf etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilib.

Bu barədə Ermənistan Baş prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, Sərkisyanın Almaniyanın kurort bölgəsinə getməsi ilə bağlı məsələ hüquqi müstəvidə “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan tərəfindən qaldırılıb. O, bununla bağlı Baş prokurorluğa hətta sorğu da göndərib.

Xatırladaq ki, 2021-ci il sentyabrın 15-də “Faktların Yoxlanması Platforması” üçüncü prezident Serj Sarkisyanın 10 illik hakimiyyətdə olduğu müddətdə hər il hökumət təyyarəsi ilə dövlət hesabına Almaniyanın Baden-Baden şəhərinə uçduğu barədə araşdırma dərc etmişdi.