​Türkiyə klubundan Balotelli bombası - Bu komandanı istəyir

​Türkiyə klubundan Balotelli bombası
09:49 15.09.2023
164 İdman
A- A+

İsveçrənin “Sion” komandasının futbolçusu Mario Balotelli Türkiyə klubuna transfer olur.

Mario Balotelli axtardığı xoşbəxtliyi İsveçrədə tapa bilmədiyi üçün yenidən Türkiyəyə qayıtmaq istəyir. Məlumata görə, "Adana Dəmirspor" Balotellini yenidən transfer etməyə çalışır. Bildirilir ki, Çerif Ndiaye "Srvena Zvezda"ya transfer olunduqdan sonra "Adana Dəmirspor"da hücumçu zonasına transfer ehtiyacı yaranıb.

Qeyd edək ki, “Transfermarket”ə görə dəyəri 1,5 milyon avro olaraq göstərilən Balotelli 2021-2022 mövsümündə "Adana Dəmirspor"da çıxış edib və 35 matçda 19 qol vurub, 7 məhsuldar ötürmə edib. 33 yaşlı futbolçu ötən mövsüm "Adana Dəmirspor"dan 2,6 milyon avro qarşılığında "Sion"a transfer olunub. "Sion"da Mario Balotelli heyətdən uzaqlaşdırılmışdı. “Sion” 33 yaşlı futbolçunu Səudiyyə Ərəbistanı klubuna satmaq üçün çalışırdı.