​XƏBƏRDARLIQ! Binalarda yerləşən klinikalar RADİASİYA VERƏ BİLƏR - VİDEO

​XƏBƏRDARLIQ!
14:33 18.09.2023
133 Toplum
A- A+

Azərbaycanda radiasiya yayan qurğulara nəzarət məsələsi gündəmə gəlib.

Sulh.info.az  Xəzər TV-yə istinadən bildirir ki, belə ki, yaşayış binalarının alt mərtəbələrində fəaliyyət göstərən özəl klinkaların əksəriyyətində rentgen, kompüter-tomoqrafiya müayinəsi kabinetləri fəaliyyət göstərməkdədir.

Şəhər sakinlərinin bir çoxu yaşadıqları ərazidəki klinikalarda rentgen kabinetlərinin onların yaşadıqları mənzilə yaxın olmasını radiasiya təhlükəsizliyinin pozulması kimi dəyərləndirir, bəziləri isə ümumiyyətlə bununla bağlı narahatlıq  yaşamadıqlarını dilə gətirir.

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri  Emin Mansurov qeyd edib ki, rentgen kabinetlərinin yaşayış binalarının altında birbaşa yaşayış  sahəsi ilə təmasda istifadəsi qadağandır.

Agentlik rəsmisi qeyd edib ki, bu kimi müəssisələrdə yoxlama tədbirləri keçirilir, şərait yerində qiymətləndirilir.

Emin Mansurov bu qaydaların Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları"nda öz əksini tapdığını bildirib.

Sənədə əsasən, yaşayış binalarındakı tibb müəssisələri Səhiyyə Nazirliyinin 2009-cu ildə  təsdiq edilmiş "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar" nəzərə alınmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: