​Azərbaycanın bu rayonunda su anbarı partlaya bilər - TƏHLÜKƏ - RƏSMİ AÇIQLAMA

​Azərbaycanın bu rayonunda su anbarı partlaya bilər
16:34 18.09.2023
25 Toplum
A- A+

Xəbər verdiyimiz kimi, yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində bir sra fəsadlar yaranıb. Rayonun yol infrasturukturuna ciddi ziyan dəyib.

Məsələ İlə bağlı Trend-ə açıqlama verən Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib ki, Astara rayonu Züngüləş kəndi ərazisində yerləşən Kiçik Su Elektirik Stansiyasının su anbarı üçün partlama təhlükəsi yaranıb.

"Hazırda anbarın 3 hissəsində 2 metr hündürlükdə su daşır", - deyə o, əlavə edib.

Onun sözlərinə görə, selin dağıtdığı körpülərin isə təmiri, demək olar ki, mümkün deyil, həmin körpülər yenidən qurulmalıdır.

Xatırladaq ki, sel suları nəticəsəində Astarada 15 min əhalinin yaşadığ 40 kəndlə əlaqə kəsilib. Hazırda da intensiv yağışlar yağmaqdadır. Sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır