​Messi, yoxsa Holand: Qvardiolanın "Qızıl top"a namizədi kimdir?

​Messi, yoxsa Holand:
12:24 30.10.2023
183 İdman
A- A+

Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola qarşıdan gələn "Qızıl top" mükafatı haqda danışıb. 

 

Sulh.info.az fanat.az-a istinadən xəbər verir ki, kataloniyalı mütəxəssis mükafata əsas iddiaçı olan sabiq yetirməsi, argentinalı Lionel Messi və hazırda rəhbərliyi altında oynayan norveçli Erlinq Holand arasında seçimini açıqlayıb:

 

"Mən həm Leo, həm də Erlinqə bağlıyam. Messi "Qızıl top"u qazanarsa, bu, onun dünya çempionatındakı qələbəsi üçün ədalətli uğur olacaq. Mükafat Holanda verilsə, oynadığı mövsümə görə ədalətli olacaq. Hər ikisi bu mükafata layiqdir".

 

Xatırladaq ki, "Qızıl top"un təntənəli təqdimat mərasimi bu gün, oktyabrın 30-da baş tutacaq.