Türkiyədə Mərmərə regionunu 7,9 bal gücündə zəlzələ gözləyir. Tələfat isə fevral fəlakətindən 2-3 dəfə çox ola bilər.
Sulh.info.az axar.az-a istinadən bildirir ki, bu barədə yaponiyalı mütəxəssis Yoşinori Morivaki deyib.
"Əgər torpaq süxuru pisdirsə, 2000-ci ildən sonra bina tikməyə icazənın olub-olmamasına baxmaq lazımdır. Təəssüf ki, Türkiyədə icazəsiz tikililər çoxdur", - deyə o bildirib.
Ekspert Bingöl, Karlıova, Bitlis, Muş, Mərmərə və İzmirdə güclü zəlzələlərin olacağını bildirib:
"Hər halda Türkiyə və Yaponiya eynidir, hər yerdə zəlzələ ola bilər. Zəlzələlər davam edə bilər. Biz buna hər zaman hazır olmalıyıq", - ekspert bildirib.