​"Real"da Alonso səsləri - Müqavilənin detalları üzə çıxdı

​
16:08 15.11.2023
145 İdman
A- A+

Almaniya Bundesliqasında uğurlu oyun nümayiş etdirən "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Real Madrid"ə transfer ola bilər.

Sulh.info.az  metbuat.az-a istinadən xəbər verir ki, Xabi Alonso "Bayer Leverkuzen"lə bağlı müqaviləsinə "Real Madrid"lə bağlı xüsusi bənd əlavə edib. Bəndin detalları ilə bağlı məlumat olmasa da, iddialara görə, bu bənd Alonsonun "Real"a transferini asanlaşdırmaq üçündür. İddia edilir ki, "Real" Xabi Alonso istəsə onun sərbəst qala biləcək. Xabi Alonsonun rəhbərliyi altında mövsümün iki məğlubiyyətsiz komandasından biri olan "Bayer Leverkuzen" 31 xalla liderdir.