Beynəlxlaq Güləş Federasiyası dünya çempionatında 87 kiloqram çəki dərəcəsində finalda qarşılaşan türkiyəli Əli Cengiz və macar David Losonczi arasındakı qarşılaşma ilə bağlı ajiotaj yaradan qərar qəbul edib.
Yunan-Roma güləşi üzrə 87 kiloqram çəki dərəcəsində final görüşündə iştirak edən hər iki idmançı qalib elan olunublar.
Qeyd edək ki, Macarıstan Federasiyası Beynəlxlaq Güləş Federasiyasına müraciət edib. Federasiya sədri Nenad Laloviçin iştirak etdiyi toplantıda o, güləş tarixində görünməmiş qərar qəbul edib.
İclasda final qarşılaşmasının videoyazısına yenidən baxılıb və rəsmi internet saytında hakimlərin səhvə yol verdiyi və buna görə də hər iki idmançının dünya çempionu elan olunduğu açıqlanıb.
Belə ki, macar idmançının son saniyələrdə türkiyəli rəqibinin kürəyini yer vurması xal kimi qəbul edilib. Hakimlər bu epizodla bağlı düzgün qərar vermədiyi üçün hər iki idmançı sonradan qalib elan olunub.