Xəbər verdiyimiz kimi, dünən Manisanın Salihli rayonunda yaşadıqları binanın liftində ana ilə qızın cansız bədəni tapılıb.
Ölüm faktı ilə bağlı tibbi ekspertizanın verdiyi ilkin rəydə dəhşətli faktlar ortaya çıxıb. Belə ki, ilkin müayinə zamanı bədənlərində odlu silah və kəsici-deşici alətlərin izi olmayan ana və qızın boğularaq öldürüldüyü müəyyən edilib.
Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində şübhəli şəxs müəyyən edilib. Onun rayonda əkinçiliklə məşğul olan qonşuları A.Y.-nin olduğu bildirilib.
Qeyd edək ki, şübhəlinin səhər saatlarında Ankaraya getdiyi müəyyənləşib. A.Y. Ankarada polis qrupları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir./azxeber.com