​“Nar bağı” restoranının altından 10-dan çox insanın cəsədi tapıldı

​“Nar bağı” restoranının altından
09:50 22.11.2023
1755 Dünya
A- A+

Moskvanın mərkəzində, bir restoranın altında, ekspertlərin fikrincə, 20-30 yaşlarında olan 10-dan çox adamın qalıqları tapılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qalıqlar əvvəllər “Nar bağı” restoranının yerləşdiyi Setunski keçidində iş zamanı tapılıb. Hazırda orada yeraltı kommunikasiyaların sökülməsi istiqamətində işlər aparılır.

Bu zaman 3,5 metr dərinlikdə işçilər 10 kəllə, 17 fəqərə, 30 qabırğa, onlarla başqa sümük və iki çənə aşkar ediblər. Jurnalistlər yazır ki, qalıqlar bütöv bir təbəqədə yatıb və inşaatçıların sökdüyü quyunun səviyyəsində yerləşib.

Qalıqların dəqiq kimə aid olduğu məlum deyil. Moskvada bu ərazidə restoran yalnız 2012-ci ildə açılıb və əvvəllər orada dayanacaq və sənaye zonası olub.

İndi aidiyyatı orqanlar Moskvada baş verənlərin bütün hallarını müəyyən etməyə yönəlmiş yoxlama işləri aparır. Yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək./Lent.az 

 
 
 
 
 
 
 
Ad - 00:06

650 min ukraynalı kişi döyüşdən qaçdı - Şok statistika 

650-min-ukraynali-kisi-doyusden-qacdi-sok-statistikanbsp-1700631527
|
|
 
Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi başlayandan bəri hərbi xidmətə yararlı 650 mindən çox ukraynalı ölkədən qaçıb.


Referans.az axar.az-a istinadən bildirir ki, bu barədə "Ekspress" nəşri məlumat yayıb.


Bildirilib ki, onlardan müəyyən hissəsinin xaricə çıxışı qadağan olunsa da, saxta sənəd, yaxud qaçaqmalçıların köməyi ilə ölkədən çıxmağı bacarıblar.


 
Belə ki, rəsmi olaraq 18-60 yaş aralığında 221 min 571 ukraynalı kişi Almaniyada məskunlaşıb. Qeyri-rəsmi rəqəmlərə görə isə, bu say ən azı 100 min çoxdur.


Bundan əlavə, hərbi xidmətdən yayınanlar Avropa Birliyinin digər üzv ölkələrinə, həmçinin, İsveçrə, Lixtenşteyn, Norveçə gediblər.