​Kərim: ““Lider” telekanalında çalışanda “torbamı” tikənlərdən biri də Rəhim idi - VİDEO

​Kərim: ““Lider” telekanalında çalışanda “torbamı” tikənlərdən
10:56 23.11.2023
5933 Maqazin
A- A+
Müğənni Kərim Abbasov uzun illərdir küsülü olduğu mərhum həmkarı bəstəkar-müğənni Rəhim Rəhimlidən söz açıb.


Sənətçi qonaq olduğu “Xəbəriniz var?” maqazin verilişində bildirib ki, Rəhimlə heç zaman düşmən münasibətində olmayıb.


“Rəhim vəfat edəndə sosial şəbəkədə rəqsimi paylaşmışdım. Amma mən onu hamının başa düşdüyü kimi, o niyyətlə paylaşmamışdım. Mənim niyyətim də vacibdir. Kimin nə düşündüyü isə mənim üçün önəmli deyil. Rəhimin dünyasını dəyişməsindən həmin gün xəbərim vardı. Səhər eşitmişəm ki, Rəhim vəfat edib. Allah rəhmət eləsin! Axşam mən rəqs videomu izləyicilərim ilə bölüşmək istəyirdim... Mənim də qardaşım, anam və atam dünyasını dəyişdi.
 

Hansı həmkarım mənim üçün yas saxladı?

Heç kim... Yalnız ailə üzvlərim. Hamı öz mahnı oxumasını, rəqs etməsini sosial şəbəkə hesablarında paylaşmışdılar. Evimdə olan insan mənə zəng edib başsağlığı belə vermədi. Hərə öz işində idi... Onda niyə onları qınamadılar ki, Kərimin valideynləri rəhmətə gedib, ayıbdır, belə şeylər paylaşmayın. Mən o niyyətlə rəqs videomu paylaşmamışam ki, Rəhim ölüb... Nə aidiyyatı var ki? Biz Rəhimlə heç zaman düşmən olmamışıq, sadəcə aramızda küsülülük olub. Bizim aramızda sənət rəqabəti vardı. Rəhim də, mən də “şoumen” idik. İkimiz də səhnə perfomansını və şounu sevirdik.


Rəhim istəmirdi ki, bu mövzuda kimsə önə keçsin. Bunu konkret olaraq da sağlığında bir sıra insanların əhatəsində olanda söyləmişdi. O demişdi ki, Kərimi özümə rəqib görürəm. Adımı belə çəkmişdi. Mən isə bu haqda danışmamışam. Mən öləndən sonra kim istəsə lap “diskoteka”da rəqslərini paylaşsınlar. Rəhim hərəkətləri ilə göstərirdi ki, mən ona rəqibəm.


Efirdə adım çəkiləndə onda qıcıq yaranırdı və bunu hətta biruzə də verirdi. Hətta Rəhimlə keçmiş “Lider” televiziyasında çalışanda “torbamı” tikənlərdən biri də Rəhim idi. Rəqabətimiz onunla güclü olub. Onunla heç bir şəxsi zəmində problemimiz olmayıb. Sırf sənət üstündə küsülülüyümüz olub. Bizdə sağlam rəqabət olub. İşimi burmayıb, vurmayıb da. O, mədəni sürətdə işimi əngəlləyib. Allah ona rəhmət elesin”, - deyə Kərim vurğulayıb.


Qeyd edək ki, Rəhim Rəhimli ötən il sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı, eyni zamanda qaraciyər sirrozundan əziyyət çəkirmiş./Bizim.Media