​RUHUN DİLİ MUSİQİ…..

​RUHUN DİLİ MUSİQİ…..
10:14 13.05.2024
A- A+

11 may 2024-cü il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində, məhşur incəsənət məkanı olan “EHRBAR” zalında, bu günlərdə Avstriyada keçirilən “2024-cü il Beynəlxalq klassik musiqi müsabiqəsi”nin qaliblərinin konserti və mükafatlandırma mərasimi keçirilmişdir. Maraqlı klassik əsərlərin səsləndirildiyi möhtəşəm konsertdə, gənc azərbaycanlı pianoçu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı. “Qran Pri” mükafatçısı Ayan Məmmədli də çıxış etmişdir. Konserdə gənc pianoçu Ayan Məmmədli, Deniz Mumcu (violin) və Salar Ghaffarbejouei (cello) ilə birgə Amerikalı bəstəkar Eric Heilnerin “Short Excursion for Piano: trio #4” əsərini ifa etmişdir. Konsertdə şəxsən iştirak edən amerikalı bəstəkar Eric Heilner tədbirin sonunda gənc pianoçu Ayan Məmmədliyə onun ifasını çox bəyəndiyini söyləmiş və əsəri böyük şövqlə ifa etdiyinə görə ona ayrıca öz təşəkkürünü bildirmişdir.

image-0f0e824c-1ec2-429f-83b6-4a40a76690d9 image-1eab7440-e37b-4302-995d-ed3b720d8ef4 image-a83f296a-709f-4279-987d-477cc3f9acea