​Ramiz Məmmədov Prezidenti 28 May-Müstəqillik Günü münasibətilə təbrik edib

​Ramiz Məmmədov Prezidenti 28 May-Müstəqillik Günü münasibətilə təbrik edib
17:59 27.05.2024
2646 Ölkə
A- A+

Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov adından Prezident İlham Əliyevə 28 May-Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlanıb.

“Diaspornews.az” təbrik məktubunu olduğu kimi təqdim edir:

“Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı adından və şəxsən öz adılmdan 28 May-Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106-cı ildönümü qeyd edilir.

Azərbaycanın Prezidenti olaraq apardığınız uğurlu xarici və daxili siyasət bu gün də öz bəhrəsini verməkdədir. Azərbaycan sürətlə inkişaf edir, yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq aləmdə layiqli yer tutmuşdur.

Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyiniz altında inamla inkişaf etməkdə və sosial-iqtisadi inkişaf yolu ilə irəliləməkdə davam edir, təkcə regional deyil, beynəlxalq aləmdə də inamlı və nüfuzlu mövqelər qazanır.

Sizin daimi diqqətiniz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən də Tatarıstan Respublikası arasında iki xalqın qardaşlıq, qarşılıqlı hörmət, qarşılıqlı dostluq və dəstəyə əsaslanan ikitərəfli əməkdaşlığının üfüqləri genişlənməkdə davam edir. Azərbaycanın inkişafı, nüfuzunun artırılması və dünya miqyasında mövqelərinin möhkəmlənməsi üçün gördüyünüz işlərə, eləcə də Rusiyadakı Azərbaycanın ictimai təşkilatlarına dəstək verdiyiniz və ölkələrimiz arasında əlaqələrin inkişafı üçün Sizə minnətdarıq.

Biz fəxr edirik ki, müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında öz mövqelərini möhkəmləndirib və lazımi nəticəni əldə etməyə qadirdir.

Bütün qəlbimlə, cənab Prezident, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə və ən xoş arzularımı bildirirəm”.