​Regionlarda qadınlar üçün məşğulluq və karyera təlimlərinə Salyandan start verildi

​Regionlarda qadınlar üçün məşğulluq və karyera təlimlərinə Salyandan start verildi
19:36 29.06.2024
2505 Sosial
A- A+

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan "Region qadınlarının məşğulluq imkanlarının yüksəldilməsi" layihəsi çərçivəsində maarifləndirici təlimlərə Salyan rayonundan start verildi.

30 nəfər fəal qadının iştirakı ilə keçirilən tədbirdə SQPR İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, layihənin eksperti Asif Əsgərli, Salyan rayon icra hakimiyyətinin baş məsləhətçisi Məhərrəm Məmmədov və digər aidiyyətli rəsmi şəxslər iştirak edərək, bu uğurlu layihənin əhəmiyyəti, o cümlədən, bölgə qadınlarının iş, məşğulluq və karyera quruculuğu sahəsində maariflənməsinə müsbət təsir edəcəyini qeyd etdilər.   

Sonra ekspert A. Əsgərli təlim iştirakçıları ilə interaktiv təqdimat və müzakirələr aparmaqla müxtəlif mövzularda region qadınlarının bilik və bacarıqlarının artırılması üçün maarifləndirici informasiya və bilgilər çatdırdı. Sonra təlim iştirakçıları üçün qarşılıqlı müzakirə və konsaltinq aparıldı. Yekunda iştirakçıların qiymətləndirilməsi aparıldı və bölgə qadınları sertifikatlarla təltif olundular.

3 ay ərzində respublikaının Salyan, Neftçala, Biləsuvar, İmişli və Saatlı rayonlarında hər birində 30 nəfər olmaqla geniş maariflənməni nəzərdə tutan layihənin əsas məqsədi regionlarda qadınlara məşğulluq, karyera, iş axtarışı və peşə bacarıqlarının yüksəldilməsi və effektiv karyera qurmaları üçün bilik, bacarıq və informasiyaların aşılanması və geniş PR və sosial media fəaliyyətləri ilə bölgə qadınlarının məşğulluq problemlərinin həllinə dəstək verməkdir.