​Bəzi qüvvələr sosial mediada Azərbaycana qarşı birləşib - Akif Qasımov

​Bəzi qüvvələr sosial mediada Azərbaycana qarşı birləşib - Akif Qasımov
11:44 11.07.2024
2140 Siyasət
A- A+
"Xaricdə diaspora fəaliyyətlərinə dəstək məqsədilə Türk DEGS Mərkəzində ölkəmizin dövlət bayramlarının qeyd olunması, Türk DEGS Youtube kanalı və ən önəmlisi isə geniş auditoriyaya sahib olan Türk DEGS “X” hesabında ölkəmiz barədə Türkiyə ictimaiyyətinə dolğun məlumatlar verirəm".
 
Bu barədə açıqlamanı Diaspopra.TV-yə Türk DEGS Qafqaz üzrə eksperti və Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Akif Qasımov xaricdə diaspora fəaliyyəti barədə danışarkən deyib.
 
"Son zamanlar bəzi arzuolunmaz qüvvələrin sosial media və fərdi şəkildə Türkiyə ictimaiyyətinə yanlış bilgilər verməklə ölkəmizə və Prezidentimizə qarşı qara piar apardığını müşahidə edirik. Onlar Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu işləri həzm edə bilmir, Azərbaycanın bu coğrafiyada aparıcı dövlətə çevrilməsindən narahatdırlar. Bu baxımdan Ali Baş Komandan İlham Əliyev barədə “X” platformasında son paylaşımım bu səpkidə olan bədxah qüvvələrin qara piarına qarşıdır”.
 
A.Qasımov qeyd edib ki, o doğru bildiklərini Türkiyə ictimaiyyəti ilə bölüşməkdən geri çəkilməyəcək.