​Növbəti videoçarx təqdim olundu

​Növbəti videoçarx təqdim olundu
08:39 14.08.2024
A- A+

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının 45 illik yubileyi ilə əlaqədar “Kitabxanaya kitab hədiyyə edirik” davamlı layihə çərçivəsində hazırlanan silsilə videoçarxlar izləyicilərə təqdim edilir. 

Kitabxananın əməkdaşları Təranə Heydərova və Samirə Şirinovanın hazırladığı  dördüncü videoçarxda M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları, yazıçı  Etibar Muradxanlı, yazıçı, şair  Gülnur Aslan, Türkiyəli yazıçı, şair Bolat Ünsal, şair, Prezident təqaüdçüsü Xatirə Fərəcli, şair, publisist, Esmira Günəş, yazıçı, jurnalist, filologiya elmləri doktoru Esmira Fuad, yazıçı, jurnalist Mircəfər Seyidov haqqında məlumat verilir, müəlliflərin kitabxanaya hədiyyə etdikləri kitablar izləyicilərə təqdim olunur.

Videoçarxda tanınmış bəstəkar Eldar Mansurovun musiqisi ilə nümayiş olunur. 

  Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib: https://www.youtube.com/watch?v=cHeTK5hfNwc