​Füzulinin dirçəliş dövrü

​Füzulinin dirçəliş dövrü
09:46 18.10.2024
701 Qarabağ
A- A+

Füzuli şəhərində qaldırılan dövlət bayrağımız, bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunu göstərir

30 ilə yaxın müddətdə Azərbaycan dövləti müstəqilliyini qoruyaraq inkişaf edib gücləndi, həm də Ermənistanla müharibə şəraitində danışıqlar aparıldı. Bu danışılar nəticə vermədi deyə Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı işğaldakı torpaqlarını hərbi yolla geri aldı. Qələbənin fəxri unudulmazdır. Şəhidlərin xatirəsi bu qələbənin dəyərini artırır.

Ötən ildən başlayaraq işğaldan azad olunan rayonların şəhər günləri qeyd olunur. 17 oktyabr isə Füzuli rayonunun işğaldan azad olunması günü kimi tarixə düşüb. Xatırladaq ki, Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Bu əlamətdar günlərin qeyd edilməsinin ictimai-siyasi, tarixi əhəmiyyəti var. Əvvəla, xalqımız yeni tarixi dönəm yaşayır. Bu dönəmdə zəfər salnaməsi yazılır. İlk dəfədir ki, Azərbaycan dövləti və xalqı şanlı Qələbəsinin qürurunu yaşayır. Yeni tariximizdə ərazi bütövlüyü tam təmin olunmuş dövlətimizin qüdrətindən xüsusu olaraq danışılacaq. Çünki torpaqlarımızın işğalda qalması tarıxımızin sanki hüzn dövrü idi. Qeyd edək ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Atıq füzulililər həyatlarını öz torpaqlarında davam etdirirlər.

Lakin Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Azad olunmuş Füzuli rayonunda Ermənistanın minalama fəaliyyəti, onların vandalizmini göstərir. Azərbaycan dövləti bu əraziləri minalardan təmizləmək və inkişaf etdirmək üçün ciddi addımlar atır. Füzuli rayonu, bu inkişafın mərkəzi olaraq yeni bir sima qazanır və əhalinin geri dönüşü ilə birlikdə bölgənin dirçəlməsi müşahidə olunur.

Füzuli rayonunda müxtəlif ölkələrlə dostluq rəmzi olan məktəblər, mədəniyyət məkəzləri və s. tikilib. İlk olaraq Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir. Ötən il Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzuli Beynəlxalq Hava Limanında qarşılanıb. Səfər çərçivəsində Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub. Həmçinin Füzuli şəhər yaşayış kompleksində yaradılmış şərait və Füzuli şəhərinin Baş planı ilə tanışlıq olub. Artıq bu məktəb fəaliyyət göstərir. Füzulili uşaqlar bu məktəbdə təhsil alırlar. Artıq bu məktəbin fəaliyyət göstərməsi ki, bir daha göstərir ki, Füzuliyə həyat qayıdıb.

Bu il isə Füzuliyə Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Füzuli rayonuna birgə səfər ediblər. O, Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimndə iştirak edib. Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq olub. Bundan başqa, Prezident İlham Əliyev və Azərbaycanda dövlət səfərində olmuş Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Füzuli rayonuna birgə səfəri olub. Bu səfərdə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış və şəhərin Baş planı ilə tanışlıq olub. Ən son olaraqsa, 2024-cü ilin mayın 17-də Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Füzuliyə birgə səfəri baş tutub. Bu səfərlər Füzulinin nə dərəcədə strateji əhəmiyyətə malik bir rayon olduğunu göstərir. Bu gün Füzulidə müxtəlif türk dünyası ölkələrinin təhsil ocaqlarının fəaliyyət göstərməsi, işğaldan azad olunan rayonlarda da beynəlxalq əməkdaşlığın güclənməsi deməkdir. İşğaldan azad olunan rayonlarda, eləcə də Füzulidə beynəlxalq tədbirlər keçirilir. Füzulidə hava limanı olduğuna görə bura uçuşlar olur. Və bununla Azərbaycan dünyanın diqqətini Füzuliyə çəkir. Qarabağ və Şərqi Zəngəzur qaynar həyatın olduğu bir məkana çevrilib. Bura artıq öncəkindən də daha çox beynəlxalq əməkdaşlığı olan, beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkandır. Füzuli rayonunun strateji əhəmiyyəti beynəlxalq tədbirlər və əməkdaşlıq vasitəsilə göstərilir. Bununla, eyni zamanda bölgənin mədəni və sosial inkişafı nümayiş olur. Və Azərbaycan bununla bir daha həm ermənilərə, həm də beynəlxalq birliyə bir mesaj verir ki, Qarabağ Azərbaycandır. Qarabağın bizim olduğunu bu kimi fəaliyyətlərimizlə subut edirik və ondan başqa xarici tədbirlərin keçilən vaxt əcnəbi qonaqlara erməni vəhşəlikləri və vandalizm aktları da nümayiş etdirilir.

Füzuli rayonu, beynəlxalq əməkdaşlıq və təhsil sahəsindəki inkişafları ilə strateji bir məkana çevrilmişdir. Bu, Azərbaycanın Qarabağ bölgəsindəki ərazisinin əhəmiyyətini və bu ərazinin beynəlxalq aləmdəki rolunu göstərir. Rayonun inkişafı, həmçinin, Azərbaycanın Ermənistanla olan mübahisələrdəki mövqeyini gücləndirir.

Füzulililər bu torpaqların sahibidir. Füzuli şəhərində qaldırılan dövlət bayrağı, bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunu göstərir. Füzulidəki bayraqlar, tarixi və milli kimliyi simvolizə edir. Azərbaycanın Ermənistanda qalan digər tarixi torpaqları ilə bağlı iddiaları möhkəmlənir. Xalqın mübarizəsi, tarix boyunca davam edən əziyyətləri əks etdirir.

image-agayev-nebi

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu