​İstanbulda Mavi Vatan Kəşfiyyat Məktəbində Xəzər Dənizi mövzusunda seminar keçirilib

​İstanbulda Mavi Vatan Kəşfiyyat Məktəbində Xəzər Dənizi mövzusunda seminar keçirilib
00:50 12.02.2025
213 Siyasət
A- A+

11 fevral 2025-ci il tarixində Müstafi Tümamiral Doç. Dr. Cihat YAYCI paşanın təsisçisi olduğu Mavi Vatan Türk DEGS Akademiyası tərəfindən təşkil olunmuş Mavi Vatan Kəşfiyyat Məktəbinin professor və müəllim heyətindən, dövlət məmurlarından və magistratura tələblərinindən ibarət olan iştirakçılar ilə seminar keçirilib.

Türk DEGS Qafqaz üzrə hərbi eksperti, QTM-Türkiyə Təmsilçisi, Qarabağ qazisi ehtiyyatda olan polkovnik Akif QASIMOVUN təqdimatında "Xəzər Dənizi Bir Türk Dənizidir, Mavi Vətənin Bir Hissəsidir" mövzusunda iştirakçılara təqdim olunub.

Seminarda, Xəzər Dənizinin hüquqi statusu, Xəzər bölgəsinin Türk dünyasında rolu, Xəzər dənizinin sahilyanı dövlətləri və xüsusiyyətləri haqqında iştirakçılara məlumat verilib və seminarın sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.

Mavi Vatan Türk DEGS Akademiyası tərəfindən təşkil olunmuş seminarda 125 nəfər iştirak edib.

Seminarın media yayım dəstəyi, Diaspora Fəaliyyətlərinə Jurnalistlərin Dəstəyi İctimai Birliyidir.

image-whatsapp-image-2025-02-11-at-19-11-08_b067ed59  image-whatsapp-image-2025-02-11-at-20-50-59_08d256f3image-whatsapp-image-2025-02-11-at-20-34-29_402a3b04