​Bryanskda azərbaycanlı müharibə veteranının qəbirüstü abidəsinin açılışı olub

​Bryanskda azərbaycanlı müharibə veteranının qəbirüstü abidəsinin açılışı olub
22:38 31.05.2025
72 Toplum
A- A+

13 sentyabr 1943-cü ildə Rusiyanın Bryansk şəhəri uğrunda döyüşdə azərbaycanlı əsgər Böyükağa Nuhi oğlu Mehdiyev faşistlər tərəfindən öldürülmüşdür. Müharibədən sonrakı bütün illərdə Qırmızı Ordunun əsgəri Mehtiev döyüşlərdə itkin düşmüş hesab olunurdu.
Beş il əvvəl bir qrup axtarışçılar Bryansk torpağında Qırmızı Ordu əsgərinin qalıqlarını aşkar ediblər. Mərhumun yaxınlarının, Bryansk vilayətinin rəhbərliyinin, veteran ictimai təşkilatların və fəalların iştirakı ilə Mehtiyev Böyük aa Nuxi oğlu Bryansk şəhəri Mərkəzi Qəbiristanlığının Şöhrət Xiyabanında dəfn edilib. 25 may 2025-ci ildə Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Ordu əsgəri Mehtiyevin qəbirüstü abidəsinin açılışı oldu.
Bryanskda Azərbaycanın layiqli oğlu, “Enerji” kolxozunun yaxınlığındakı körpübaşında həlak olmuş qorxmaz döyüşçünün xatirəsi müqəddəs şəkildə anılır.
Abidənin hazırlanması və açılışı Bryansk şəhər sakini, xeyriyyəçi, həmyerlimiz Asif Pirişovun təşəbbüsü ilə baş tutub.
“İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” veteran təşkilatının sədri, diaspor fəalı İlqar Məmmədov, Rafael Əliyev, Rusiya-Azərbaycan Prezidentlərinə Dəstək təşkilatının üzvləri Məhəmməd Rəfiyev, Faiq Qurbanov, İlqar Əhmədov, Hacı Təhsin Nəbiyev, Moskva “Azərbaycan” cəmiyyətinin sədri Oktay Huseynov və başqaları bu tədbirdə iştirak ediblər.

Böyük Vətən müharibəsi Qəhrəmanlarının xatirəsi əbədi olaraq yaşayacaqdır! Biz isə bu xatirəyə layiq olmağa çalışacağıq!

İrina Silina