Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Reyhan Mirzəzadə Olaylar.az-a kitab, mütaliyə və gələcəyin ədəbiyyatı barədə maraqlı məlumatlar verib.
R.Mirzəzadənin fikrinə görə ədəbiyyat insanın qəlbini, duyğularını, tələblərini əks etdirməlidir, yazıçı həyatın hər cür təzadlarını yazı, ədəbiyyat dili ilə xalqa çatdıran bir vasitədir. Yazıçı-publisist hesab edir ki, kitab təfəkkürün övladıdır və kitablar bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. “Mən kitabı canlı əfsanə adlandırardım... İnsan təfəkkürü, əməyi, düşüncəsi süni intellektlərdən daha qüvvətli və əhəmiyyətlidir. Süni intellektdən istifadə etmək olar, amma ona hədsiz dərəcədə inanmaq düzgün deyil”, – deyə yazıçı vurğulayır.
Burada Ulu Öndərimizin sözlərini xatırlatmaq vacibdir: “Biz yazıçıya insan qəlbinin mühəndisi deyirik”.
Məqaləni aşağıdakı keçiddə oxumaq olar: