Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel gün ərzində G7 ölkələrinin xarici işlər nazirləri ilə Rusiyanın Ukraynaya hücumuna cavab olaraq atılacaq koordinasiyalı hərəkətləri müzakirə edib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Josep Borrel özünün tviter hesabında yazıb.
“G7 ölkələrinin xarici işlər nazirləri gün ərzində Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq atacağımız koordinasiyalı hərəkətləri müzakirə etdik. Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir.
Transatlantik tərəfdaşlarımızla Ukrayna ilə həmrəyik”, - Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi sosial şəbəkədəki hesabında qeyd edib.