​Prezident 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub -YENİLƏNİB

​Prezident  4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə
12:00 06.09.2022
228 Siyasət
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Expo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində iştirak edir.

Dövlət başçısı sərgi ilə tanış olur.

Qeyd edək ki, sərgi sentyabrın 8-də yekunlaşacaq.