​Azərbaycanda həmkəndlilərin davası qanla bitdi

​Azərbaycanda həmkəndlilərin davası qanla
12:55 06.09.2022
219 Hadisə
A- A+

Tovuzda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini Əsgərov Nicat Ramin oğlu mübahisə zamanı Mirzəyev Elvin İlham oğlunu bıçaqla vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.