​Ukraynada koronavirusun yeni dalğası BAŞLADI

​Ukraynada koronavirusun yeni dalğası
14:45 06.09.2022
211 Dünya
A- A+

Ukraynada koronavirusa yoluxma halları artmağa başlayıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 29-dan sentyabrın 4-dək Ukraynada 16 min 155 yoluxma halı aşkarlanıb, onlardan 2024-ü uşaq, 377-si tibb işçisidir. Koronavirusa yoluxanların 3868-i xəstəxanaya yerləşdirilib, 44 nəfəri virusun qurbanı olub.

Bundan əlavə, son bir həftə ərzində 50 min 55 nəfər peyvənd olunub. 

Ukraynada pandemiya dövründə ümumilikdə 5 milyon 72 min 533 nəfər koronavirusa tutulub, onlardan 4 milyon 935 min 472 nəfəri sağalıb, 108 min 885 xəstə isə həyatını itirib.