​Zelenski yeni doğulan 3 azərbaycanlıya vətəndaşlıq VERDİ

​Zelenski yeni doğulan 3 azərbaycanlıya vətəndaşlıq
14:05 06.09.2022
215 Dünya
A- A+

Ukraynada müharibə müddətində 3 Azərbaycan vətəndaşının doğulan uşaqlarına vətəndaşlıq verilib.

Bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətindən Report-a verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, bunlardan ikisi Ukrayna Prezidentinin sərəncamının "Ukrayna vətəndaşlığına qəbul" ilə bağlı 9-cu bəndinə əsasən baş tutub.

Bir uşaq isə valideynlərindən biri Ukrayna vətəndaşı olduğu üçün avtomatik vətəndaşlıq alıb.

Bu ailələlər müharibə müddətində ölkəni tərk etməyiblər.