​Türkiyə şirkəti Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün gəmi istehsal edə bilər

​Türkiyə şirkəti Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün gəmi istehsal
15:18 06.09.2022
284 Ölkə
A- A+

Türkiyənin “Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” (STM) şirkəti Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün hərbi gəmi istehsalını planlaşdırır.

“APA-Economics”in əldə etdiyi məlumata görə, şirkət STM-MPAC multifunksional hərbi gəmisinin layihəsini hazırlayıb. Layihə artıq Azərbaycan Hərbi Dəniz Qüvvələrinə təklif edilib. Təklif qəbul edilərsə, 3 il ərzində gəmi istehsal edilib Azərbaycana təhvil verə bilər.

STM-MPAC-in ortalama qiyməti 100 milyon dollardır. Üzərinə əlavə edilən hərbi avadanlıqlar və təchizatdan asılı olaraq gəminin qiyməti dəyişir.