​Əli Əhmədov "İtoçu"nun sədr müavinilə görüşüb

​Əli Əhmədov
17:00 06.09.2022
232 Ölkə
A- A+

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov sentyabrın 6-da Yaponiyanın “İtoçu” korporasiyasının sədrinin müavini, Azərbaycan ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Yoşihisa Suzuki ilə görüşüb.

Nazirlər Kabinetindən (NK) verilən məlumata görə, görüşdə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tarixi əhəmiyyəti qeyd edildi, müxtəlif sahələrdə əlaqələrimizin inkişafından məmnunluq ifadə olunub.

Görüş zamanı dövlət Komissiyasının Bakıda keçirilən 11-ci iclasının əhəmiyyəti vurğulandı, həmçinin Azərbaycan-Yaponiya qarşılıqlı faydalı əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.