​Azərbaycanda son sutkada 492 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

​Azərbaycanda son sutkada 492 nəfər koronavirusa yoluxub,
18:15 06.09.2022
A- A+

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SÜLH.İNFO.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 816 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 951 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 305 aktiv xəstə var. Bu günə qədər 9 831 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 487, bu günə qədər isə ümumilikdə 7 176 524 test icra olunub.