​Metro qatarında nasazlıq: sərnişinlər düşürüldü

​Metro qatarında nasazlıq:
20:15 06.09.2022
245 Ölkə
A- A+

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda yaranan texniki nasazlıq səbəbilə sərnişinlər "Nizami" stansiyasında düşürülüb.

Bu barədə SÜLH.İNFO.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, qatar texniki baxış üçün depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.

Yubanma intervaldan əlavə 2 dəqiqə olub.