​Mahirin komandası "Çelsi"ni məğlub etdi

​Mahirin komandası
23:45 06.09.2022
263 İdman
A- A+

UEFA Çempionlar Liqasında qrup mərhələsi start götürüb.

SÜLH.İNFO.az xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq başa çatıb.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkib. Meydan sahibləri rəqibini minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.

Digər oyun isə G qrupunda baş tutub. Dortmund "Borussiya"sı Almaniyada Danimarka "Kopenhagen"ini 3-0 hesabı ilə məğlub edib.