Vətən müharibəsi şəhidi Aslan Əliyevin atası Elman Əliyev vəfat edib.
Göyçay rayonunun Hacalıkənd sakini olan Elman Əliyev ötən gün ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Aslan Əliyev 2020-ci ilin noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.