​Masallıda FACİƏ - Ana və azyaşlı övladları yanaraq öldü

​Masallıda FACİƏ
10:27 07.09.2022
207 Hadisə
A- A+

Masallıda üç nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Hadisə rayonun Hüseynhacılı kəndində qeydə alınıb.

Məlumata görə, yaşayış evində baş vermiş güclü yanğın zamanı 1984-cü il təvəllüdlü Gülnaz Kəlbiyeva ilə birlikdə onun övladları - 10 yaşlı Elbrus Kəlbizadə və 11 yaşlı Elgiz Kəlbizadə həlak olublar.

Bundan əlavə, daha iki nəfər yanıq xəsarətləri alıb.

Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin ehtimala əsasən, yanğın şamdan baş verib.

Faktla bağlı araşdırma aparılır.