​Bakıda 13 yaşlı qız ana OLDU

​Bakıda 13 yaşlı qız ana
10:32 07.09.2022
225 Hadisə
A- A+

Bakıda 13 yaşlı qız ana olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.

K.Ağazadə deyib ki, bu barədə məlumatı 13 yaşlı uşaq özü bildirib. Qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib: "Kəmalə xala, 13 yaşım var, təcavüzdən uşağım doğulub".

Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda qız xəstəxanaya yerləşdirilib: "Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.