​Bakıda 13 yaşlı oğlan itkin düşüb

​Bakıda 13 yaşlı oğlan
10:49 07.09.2022
208 Hadisə
A- A+

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

“Report” xəbər verir ki, hadisə sentyabrın 5-də paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Rəhmatulin Nihat Sənan oğlu yaşadığı evi xəbərsiz tərk edib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.