​Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən imtina etdi

​Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən
11:10 07.09.2022
304 Ölkə
A- A+

Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.

Hadisə Sabunçu rayonunda baş verib.

Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Oxu.Az-a bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat aidiyyəti qurumlarla birlikdə araşdırılır.