​Bakıda 8 bağçanın fəaliyyəti DAYANDIRILDI

​Bakıda 8 bağçanın fəaliyyəti
11:43 07.09.2022
241 Sosial
A- A+

Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib:

" Bir il ərzində uşaqların təlim- tərbiyəsi ilə 4 299 müəllim məşğul olur".

M.Vəliyeva qeyd edib ki, idarənin tabeliyinə 348 bağça keçib:

"Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Bağçalardan 264 -ü körpələr evidir. 18 bağçada cari təmir işləri başa çatdırılıb, 4 bağça əsaslı təmir olunub".