Rusiya Prezidenti Vladimir Putin Ukraynadan Avropaya taxıl ixracını məhdudlaşdırmağı təklif edir.
Vladimir Putin bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyini deyib:
"Bəlkə, bu marşrutla taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu mövzuda Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəm. Ukrayna taxılının ixracı mexanizmini işləyib hazırlayan bizik", - Prezident bildirib.