"Ukraynada hərbi əməliyyatların başlaması ilə Rusiya heç nə itirməyib".
Bunu Rusiya prezidenti Vladimir Putin 7-ci Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
"Əminəm ki, Ukraynada əməliyyatın başlaması ilə biz heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazanc suverenliyimizin möhkəmlənməsidir və bu, hazırda baş verənlərin qaçılmaz nəticəsidir", - Rusiya lideri bildirib
Ukrayna tərəfi isə Rusiyanın 50 mindən çox hərbçi itirdiyini bildirir.