​İran genişmiqyaslı hərbi təlimlərə BAŞLADI

​İran genişmiqyaslı hərbi təlimlərə
14:15 07.09.2022
184 Dünya
A- A+

Sentyabrın 7-də İranın Silahlı Qüvvələri İsfahan şəhəri yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Bu barədə İran ordusunun nümayəndəsi, general Kərim Çeşak məlumat verib.

O bildirib ki, iki gün davam edəcək təlimlərə piyada, hərbi hava qüvvələri cəlb olunub. Ordu hissələri mümkün hücumun qarşısını almaq, əhalini təxliyyə etmək, müdafiə sistemini qurmaq üçün məşq edəcəklər.

General qeyd edib ki, təlimlərdə orduda tətbiq edilən yeni texnologiyalara əsaslanan silahlardan da istifadə olunacaq.