​13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası da yeniyetmə imiş – DETALLAR

​13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası da yeniyetmə imiş
15:06 07.09.2022
342 Hadisə
A- A+

13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.

SULH.İNFO.az  lent.az-a istinadən xəbər verir ki, qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.

Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.

Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.