​3 nəfərin öldüyü yanğınla bağlı araşdırma BAŞLADILDI

​3 nəfərin öldüyü yanğınla bağlı araşdırma
16:17 07.09.2022
227 Hadisə
A- A+

Masallı rayonunun Hüseynhacılı kəndində baş vermiş yanğın hadisəsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, dünən axşam saatlarında Masallı rayonunun Hüseynhacılı kəndində bir ailənin 3 üzvünün faciəli ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Fərdi yaşayş evində qeydə alınan yanğın zamanı 1984-cü il təvəllüdlü Gülnaz Kəlbiyeva ilə birlikdə onun övladları - 10 yaşlı Elbrus Kəlbizadə və 11 yaşlı Elgiz Kəlbizadə həlak olublar. Hadisə zaman daha üç nəfər xəsarət alıb.