​Hesablama Palatasına yeni səlahiyyət verilir

​Hesablama Palatasına yeni
16:42 07.09.2022
234 Ölkə
A- A+

Siyasi partiyaların dövlət tərəfindən ayrılan vəsaiti xərcləməsinə Hesablama Palatası nəzarət edəcək.

Bu barədə "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ilkin versiyasında qeyd edilib.

Layihəyə əsasən, siyasi partiya tərəfindən dövlət maliyyə yardımının xərclənməsinə nəzarət Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçirilir.

Siyasi partiyanın digər maliyyə fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilir.