​Ağsuda itkin düşən digər qadın da Sulutəpədə tapıldı

​Ağsuda itkin düşən digər qadın da
18:45 07.09.2022
246 Hadisə
A- A+

Ağsuda itkin düşən qadın tapılıb.

SÜLH.İNFO.az xəbər verir ki, bir neçə gün öncə itkin düşməsi barədə ailəsi tərəfindən polisə müraciət olunan Gülnişan Səfərlinin yeri müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 28 yaşlı xanım Bakıda, Sulutəpə qəsəbəsində tanışının evində tapılaraq ailəsinə təhvil verilib. O, tapılarkən sağ-salamat olub.