​Müəllimlərin DİQQƏTİNƏ: Bu saytlara daxil olun və...

​Müəllimlərin DİQQƏTİNƏ: Bu saytlara
19:45 07.09.2022
306 Sosial
A- A+

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.
 Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən SÜLH.İNFO.az-a verilən məlumata görə, müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.