"Apple" şirkəti yeni "iPhone 14" smartfonlarını təqdim edib.
SULH.İNFO.az Bakupost.az-a istinadən xəbər verir ki, "Youtube"da canlı olaraq yayımlanan tədbir "Apple Watch 8"-in təqdimatı ilə başlayıb. Yeni saatlara "nəqliyyat qəzalarını aşkarlaya bilən" funksiya əlavə edilib. Yeni seriya saatların müxtəlif rəng və model variantları istifadəçilərə təklif edilib. Saatlar 8 gün batareya saxlamaq potensialına malikdirlər, enerjiyə qənaət rejimində istifadə edildikdə isə bu müddətə daha 36 saat əlavə oluna bilər.
Daha sonra "iPhone 14" smartfonları barədə məlumat verilib. Smartfonlar iki versiyada 6,1 düymlük ekranla və MAX - 6,7 düym böyüdülmüş ekranla buraxılacaq. Bu dəfə mini versiya yoxdur. iPhone 14 əvvəlki nəsil ilə eyni dizayndadır. Ağ, qara, çəhrayı, xama, qırmızı rəng çeşidləri mövcuddur.
Telefondakı əsas yenilik istifadəçilərin çoxdandır gözlədiyi peyk funksiyasıdır. Belə ki, təqdim olunan telefonlar mobil operatorların əhatə dairəsi olmadıqda peyklər vasitəsilə fövqəladə rabitə funksiyasını dəstəkləyəcək.
Şirkət qiymətləri də açıqlayıb: "iPhone 14" - 799 dollara, "iPhone 14 Max" - 899 dollara, "iPhone 14 Pro": 1.428 dollara, "iPhone 14 Pro Max" isə 1.572 dollara satılacaq. Smartfonlar sentyabrın 16-da satışa çıxarılacaq.