​YAP-ın eks-mətbuat katibi AzTV-də çalışacaq

​YAP-ın eks-mətbuat katibi AzTV-də
10:42 08.09.2022
234 Ölkə
A- A+

Bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən istefa vermiş Elməddin Quliyev bundan sonra Azərbaycan Televiziyasında (AzTV) çalışacaq.

Modern.az-ın məlumatına görə, bu barədə E.Quliyevin özü bildirib.

“Artıq bu gündən doğma kollektivim Azərbaycan Televiziyasındayam. Daim yenilənən AzTV-də görülən işlərin tərkib hissəsi olmağa çalışacağam”, - E.Quliyev deyib.


Xatırladaq ki, Elməddin Quliyev YAP-dakı vəzifəyə gəlməzdən əvvəl də AzTV-də çalışmışdı. O, uzun müddət Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsini tutub.